Rasim Ramaldanovdan gözəl qol - VİDEO

18:50 30 Oktyabr 2016

Gürcüstan çempionatında 10-cu turun oyunları keçirilib.
 
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun formasını geyindiyi "Kolxeti" səfərdə "Saburtalo" ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:6.
 
Komandasının yeganə qolunu da hesab 0:1 olarkən, 55-ci dəqiqədə Rasim Ramaldanov vurub. Amma bundan sonra daha 5 qol buraxan Poti klubu meydanı xalsız tərk etməli olub.
 
Qeyd edək ki, "Kolxeti" 10 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.


Xəbər xətti