Ventura:"Pelleylə danışmaq? Çinə zəng çox bahadır"

14:55 31 Oktyabr 2016

İtaliya millisinin baş məşqçisi Campyero Ventura qarşıdakı oyunlar üçün Qrasiano Pellenin çağırılmasının mümkün olmayacağına işarə vurub.


Sportarena.az xəbər verir ki, baş məşqçi bu barədə açıqlamasında Pelleni ilə danışmadığını bildirib: 


"Onunla danışmamışam. Çünki Çinə zəng eləmək çox bahadır.

Mən Pellenin hərəkətini səhv kimi qiymətləndirdim.Bundan başqa o , milliyə hörmətsizlik etdi. Bu isə komandamızın imicinə zərbədir.

İnanmıram ki, gələn bazar o , komandada olacaq.

Pelle gənc deyil. Lakin milliyə xeyri dəyə bilər", – deyə Ventura qeyd edib.


Digər xəbərlər

Xəbər xətti