"Real"da ciddi itki

21:30 31 Oktyabr 2016

La Liqanın 10-cu turunda "Alaves"lə oyunda zədələnən "Real"ın futbolçusu Pepenin son durumu müəyyənləşib.

Portuqaliyalı müdafiəçinin 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Pepe La Liqanın 12-ci turunda keçiriləcək "Atletiko" ilə görüşü buraxacaq.

Qeyd edək ki, "Atletiko" - "Real" oyunu noyabrın 19-u keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti