"Fənərbaxça" - "Mançester Yunayted" matçını idarə edəcək hakimlər müəyyənləşdi

21:55 31 Oktyabr 2016

Avropa Liqasını qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Mançester Yunayted" matçını idarə edəcək hakimlər müəyyənləşib.
 

Sportarena.az xəbər verir ki, matçda ədaləti alman hakimlər briqadası qoruyacaq. Belə ki, matçın baş hakim funksiyasını Manuel Qraf yerinə yetirəcək. Ona həmyerliləri Holger Hençel və Mayk Mikel kömək edəcəklər.
 

Qeyd edək ki, "Fənərbaxça" - "Mançester Yunayted" qarşılaşması 3 noyabr Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti