Ronaldo yeni sevgilisindən ayrıldı

23:31 31 Oktyabr 2016

"Real"ın futbolçusu Kriştiano Ronaldo və 2014-cü ilin İspaniya gözəli Dezire Kordero ayrılıblar. Bu barədə Correio Da Manha məlumat verib.

Məlumata görə portuqaliyalı futbolçunun hissləri ciddi idi. O , Deziredən bu bağlılığı gizli saxlamağı xahiş edibmiş. Dezire isə futbolçudan daha çox populyarlıq qazanmaq üçün istifadə edibmiş. Buna görə də o, birlikdə olduqları şəkilləri yaymağa başlayıb.Nəticədə Kriştiano və Dezire arasında mübahisə yaranıb. Artıq onlar danışmırlar.


Digər xəbərlər

Xəbər xətti