"Barselona"nın futbolçusu pasportunu unutdu: Mançetserə komanda ilə yollanmadı

23:51 31 Oktyabr 2016

Luis Enrike tərəfindən “Mançester Siti” ilə baş tutacaq oyunun iştirak ərizəsinə adı salınan gənc oyunçu Marlon pasport böhranı yaşayıb.  Bu mövsüm “Barselona B” komandasındakı uğurlu performansına görə Luis Enrikenin rəğbətini qazanaraq əsas komandaya çağırılan braziliyalı müdafiəçi evdən çıxarkən xarici pasportunu unutmuş və buna görə komanda ilə birlikdə İngiltərəyə gedə bilməmişdi. Daha sonra bu problemini həll edən Marlon növbəti reyslə Mançesterə uçmuşdur.


Digər xəbərlər

Xəbər xətti