Rauf Əliyev milliyə çağırılmayacaq

16:11 1 Noyabr 2016

Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt"la oyunda zədələnən "İnter"in futbolçusu Rauf Əliyevin durumuna aydınlıq gəlib.

 
Sportarena.az xəbər verir ki, futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Belə ki, ayağının arxa əzələsində zədəsi olan forvardın "Neftçi" ilə oyunda iştirak etməyəcək.
 

Bu isə o deməkdir ki, 28 yaşlı hücumçu DÇ-2018-in seçmə mərhələsində noyabrın 11-də Şimali İrlandiya ilə keçiriləcək oyun üçün millimizə çağırılmayacaq.
 

Qeyd edək ki, "Neftçi" – "İnter" oyunu noyabrın 5-i saat 17:00-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti