"İnter" baş məşqçisini qovdu

17:52 1 Noyabr 2016

"İnter" klubu baş məşqçisi Frank de Burla yollarını ayırıb.


Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Buna səbəb komandanın uğursuz nəticələri olub. Belə ki, "İnter" de Burun rəhbərliyi altına meydana çıxdığı 12 oyundan 7-də məğlub olub. Komanda hazırda 12-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, avqust ayından "İnter"i çalışdıran de Buru "Latsio"nun sabiq çalışdırıcısı Stefano Pioli və ya ötən mövsümün sonunda PSJ-dən ayrılmış Loran Blanın əvəzləyəcəyi gözlənilir.


Xəbər xətti