Robbi Kin məşqçi oldu

21:49 1 Noyabr 2016

İrlandiya millisinin sabiq üzvü, hal-hazırda “Los Anceles Qalaksi”də çıxış edən Robbi Kin UEFA-nın A və B kateqoriyalı məşqçi lisenziyasını alıb.


Sportarena.az xəbər verir ki, bu barədə futbolçu şəxsi “instagram” hesabında məlumat verib. Hər iki kateqoriyaya məxsus diplomunun şəkilini paylaşan futbolçu “Hələ ki, bir neçə il daha meydanlarda oynamağı düşünürəm, amma məşqçi lisenziyam tezliklə lazım olacaq”, - deyə bildirib.


Qeyd edək ki, o, 1998-ci ildən bu ilin avqust ayınadən İrlandiya millisinin şərəfini qoruyub. Bu müddət ərzində 146 oyun keçirən futbolçu 68 dəfə fərqlənə bilib. 2011-ci ildən “Los Anceles Qalaksi”nin şərəfini qoruyan futbolçu 125 oyuna 83 qol vura bilib.


Xəbər xətti