UEFA "Qəbələ" və "Qarabağ"ın qazancını açıqladı

01:10 2 Noyabr 2016

UEFA ötən mövsüm Avropa Liqasında çıxış etmiş klubların qazanclarını açıqlayıb. Qurumun rəsmi saytında yayımlanan cədvəldə qrup mərhələsində çıxış etmiş bütün komandalara edilən ödənişlər öz əksini tapıb.
 
“Qarabağ” və “Qəbələ”nin də yer aldığı sıralamada bütün komandaların qazancları göstərilib.
 
Ağdamlılar ötən mövsümkü çıxışına görə, ümumilikdə 3.308.303 avro əldə edib. Bu məbləğin 2.400.000-i qrupda çıxışa görə təyin olunub. 524.000 avro göstərilən nəticələrə təyin olunubsa, yerdə qalan 383.703 avro isə teleyayıma görə qazanılıb.
 
“Qəbələ”də isə bu məbləğ ümumilikdə 3.022.565 avroya bərabərdi. “Qarabağ”da olduğu kimi burda da əsas məbləğ – 2.400.000 qruplara yüksəlmək üçün verilib. Roman Qriqorçukun yetirmələrinin performans qazancı 240.000, teleyayımdan əldə olunan gəlir isə 382.565 avrodur.


Digər xəbərlər

Xəbər xətti