Mirça Rednikə 2 təklif

11:50 2 Noyabr 2016

"Xəzər Lənkəran" komandasının sabiq baş məşqçisi Mirça Rednik 2 tanınmış klubdan təklif alıb.
 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a rumıniyalı mütəxəssisin özü açıqlama verib. O bildirib ki, təkliflərdən biri Belçikadan, digəri Rusiyadan gəlib. Lakin Rednik həmin komandaların adlarını açıqlamayıb. 54 yaşlı baş məşqçi danışıqlara gələn həftə yollanacağını əlavə edib.


Qeyd edək ki, Mirça Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"ın sükanı arxasında olub. Onun rəhbərliyi altında "ağ-yaşıllar" 2010-2011-ci il mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş mükafatını qazanıb. 


Digər xəbərlər

Xəbər xətti