Cordan Vertu: "Qələbə qazanmaq üçün..."

19:55 2 Noyabr 2016

“Bu oyun bizim üçün önəmlidir. Qrupdan çıxmağımız üçün vacib matçlardan biridir. Asan olmayacaq. Bütün oyunçularımız hazırdır. Çalışacağıq ki, qələbə qazanaq.


Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ” – “Sent Etyen” matçından öncə keçirilmiş mətbuat konfransında Fransa klubunun futbolçusu Cordan Vertu deyib.

- “Qəbələ”ni necə komanda kimi görürsüz.
- Zəif komanda yoxdur. Bu oyuna ciddi hazırlaşmışıq. “Qəbələ” zəif komanda deyil. Çalışacağıq ki, bu oyunda daha ciddi oynayıb, qalib gələk.
- Oyuna özünü hazır hiss edirsənmi?
- Mən 5 ay meydanlarda uzaqda qaldım. Bu, oyunuma təsir göstərə bilər. Lakin oyunçularımız tam gücü ilə hazırlaşıblar. Qələbə qazanmaq üçün var gücümüzlə mübarizə aparacağıq. 
- Oyunda qələbə qazanmaqçün nə lazımdır?
- Qələbə üçün bir neçə qol vurmalıyıq. Hücumçularımız buna tam hazırdı.
- İlk oyundan fərqli olaraq “Qəbələ”nin  zədəli oyunçuları artıq tam hazırdır. Bu barədə məlumatın varmı?
- Bildiyimə görə 2 zədəli oyunçu var idi. Biz bunları nəzərə almışıq. Bizim öz oyun stilimiz var. Öz oyunumuza köklənəcəyik.


Digər xəbərlər

Xəbər xətti