Filip Ozobiç: "Komandamız bir futbolçudan ibarət deyil"

21:43 2 Noyabr 2016

"Qəbələ” Avropa Liqası qrup mərhələsinin IV turunda Fransanın "Sent Etyen” klubunu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Filip Ozobiç fikirlərini bildirib. Xorvatiyalı futbolçu qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:

 

"Sabahkı oyun çox çətin olacaq. Çalışacam ki, yenə qələbə üçün əlimdən gələni edim. Amma komandamız bir futbolçudan ibarət deyil. Düzdü, ciddi itkilərimiz var. Hər futbolçunun da öz yüksək səviyyəsi var. Özümə inanıram. Bilirəm ki, rəqiblərimizin çempionatlarında oynaya bilərəm".


Digər xəbərlər

Xəbər xətti