"Qarabağ" və "Qəbələ"nin oyunlarını necə izləyək?

11:29 3 Noyabr 2016

Bu gün Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunları keçiriləcək. 


Sportarena.az xəbər verir ki, qrup mərhələsində ölkəmizi təmsil edən "Qəbələ" və "Qarabağ" komandaları da bu gün növbəti matçlarına çıxacaqlar. Belə ki, "Qəbələ" doğma meydanda Fransanın "Sent Etyen" klubunu qəbul edəcək, "Qarabağ" isə Yunanıstanda PAOK-un qonağı olacaq. 


Futbol azarkeşləri saat 22:00-da start götürəcək "Qəbələ" - "Sent Etyen" matçını AzTV, saat 00:05-də start götürəcək PAOK - "Qarabağ" matçını isə İdman Azərbaycan telekanalı vasitəsilə canlı izləyə biləcəklər.


Qeyd edək ki, hər iki oyun saytımız vasitəilə canlı yayımlanacaq.


Xəbər xətti