"Qarabağ"dan möhtəşəm qələbə - YENİLƏNİB

01:53 4 Noyabr 2016

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.


Sportarena.az xəbər verir ki, son ölkə çempionumuz "Qarabağ" bu gün səfərdə Yunanıstan PAOK-unun qonağı olacaq.


Komandalar arasında keçirilən son oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn Ağdam klubu bu oyuna da ciddi hazırlaşır. Belə ki, Qurbanovun yetirmələri PAOK səfərindən xalla dönəcəyi təqdirdə qrup mərhələsindən çıxmaq şanslarını daha da artırmış olacaq. 


PAOK da asan təslim olmaq niyyətində deyil. Güclü azarkeş dəstəyinə malik olan Yunanıstan klubu doğma meydan və azarkeş amilindən istifadə edərək qalib gəlməyə çalışacaq. Hazırda qrupda "Qarabağ"la eyni xal toplayan Saloniki təmsilcisi bu oyunda var gücü ilə mübarizə aparacaq.


00:05. PAOK (Yunanıstan) – “Qarabağ” 0:1

Qol: Miçel Madera, 69

Baş hakim: Con Biton
Yan xətt hakimləri: Duqlas Potter, Alastair Mater
Əlavə köməkçi hakimlər: Steven Maklin, Donald Robertson
Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)
Hakim-inspektor: Darko Çeferin (Sloveniya)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Saloniki. “Tumba” stadionu


Digər xəbərlər

Xəbər xətti