FİFA-dan yeni qayda: adsız və nömrəsiz qapıçı forması

15:47 3 Noyabr 2016

Ali futbol qurumu FİFA DÇ-2018-in reqlamentində bəzi dəyişikliklər edib.

1.Yeni qaydalara əsasən, seçmə mərhələnin yekununda komandalar eyni xala malik olarsa, ilk olaraq top fərqinə baxılır. Əgər top fərqi də, eyni olarsa, komandaların öz aralarında keçirdiyi oyunların nəticəsi əsas götürülür. Dəyişikliyə əsasən, bu halda da hər iki tərəf bərabər hüquqa malik olarsa, o zaman komandaların hesabındakı sarı vərərəqələrin sayı hesablanır və daha az vərəqəyə sahib olan komandaya üstünlük verilir.

2. Bundan sonra, hər bir milli komandanın forma komplektində adsız və nömrəsiz qapıçı geyim dəsti olmalıdır. FİFA bu addımı qapıçının zədələnməsi və ya meydandan qovulması zamanı komanda da  əvəzetmə limitinin dolması ilə əlaqələndirib. Belədə, çərçivəni qoruyacaq sahə oyunçularında biri məhz bu adsız və nömrəsiz formanı geyinəcək.

3. Yeni reqlamentə əsasən, artıq dünya çempionatının finalında federasiya prezidentinin trofeyi təqdim etməsi məcburi deyil. Bunu qurumda vitse-prezident və ya başqa yüksək vəzifədə çalışan nümayəndə də edə bilər.  


Digər xəbərlər

Xəbər xətti