"Bakcell Arena"da gərginlik: Qriqorçuk meydandan qovuldu

23:02 3 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qəbələ" öz meydanında "Sent - Etyen"i qəbul edir.
Sportarena.az-ın stadiona ezam olunmuş əməkdaşının məlumatına görə, oyunun ilk hissəsinin sonunda "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk oyunun baş hakim Karlos Del Serro Qrande tərəfindən texniki zonadan uaqlaşdırılıb. Buna səbəb ukraynalı mütəxəssisin  hakimlərə etiraz etməsi olub. Qriqorçuk "Qəbələ"nin əleyhinə təyin olunan cərimə zərbəsinin yanlış olduğunu iddia edib və etirazını sərt şəkildə bildirib. 
Qeyd edək ki, həmən cərimə zərbəsindən sonra "Qəbələ"nin 1:0-lıq üstünlüyü aradan qalxıb və hesab bərabərləşib -1:1.


Digər xəbərlər

Xəbər xətti