Roman Qriqorçuk: "...onu bağışlamaq olmaz"

00:29 4 Noyabr 2016

"Birinci hissənin sonlarında hakimin qərarından narazılığımı bildirdim. O da məni texniki zonadan uzaqlaşdırdı. Amma heç nədən peşman deyiləm”.

Bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Avropa Liqasının IV turunda “Sent-Etyen”i qəbul edən “qırmızı-qaralar” hesabı açmalarına baxmayaraq, sonda meydanı məğlub tərk ediblər - 1:2. Matçın ilk hissəsinin sonlarında baş hakim tərəfindən texniki zonadan qovulan Qriqorçuk oyundan sonrakı mətbuat konfransında sözlərini bu cür davam etdirib: “Bu, bizim dördüncü oyunumuz idi. Rəqiblə başabaş mübarizə apardıq. Bu, bizim inkişafımızdan xəbər verir”.
 
- Razısınız ki, iki kobud səhvdən sonra qonaqlara qələbəni hədiyyə etdiniz?
- Mən belə düşünmürəm. İkinci qol fərdi səhvdən vuruldu. Yalnız bu qol barədə belə deyə bilərəm. Amma düşünməyin ki, bu, Rəşad Sadiqovun səhvidi, onu bağışlamaq olmaz. Mən onu dəstəkləyirəm. Rəşad komandamız üçün vacib oyunçudu.
 
- Təsnifat mərhələsində gördüyümüz Teo Uiksi indi görə bilmirik. Nə baş verir?
- Deməzdim ki, bu gün pis çıxış etdi. O, fərqli funksiyaları yerinə yetirdi, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış etdi. Uiksə hansısa etirazım yoxdu.
 
- Qrupda itirəcəyiniz bir şey yoxdu. Son iki matçdan necə istifadə etməyi düşünürsünüz?
 - Məlum məsələdi ki, artıq şansımız qalmayıb. Öyrənmək, təcrübə toplamaq şansımız var. Bu turnirdə çıxış etdiyimiz üçün çox şadam. Avropa Liqası böyük turnirdi. Burdakı bütün matçlar bizim üçün çox önəmlidi. Ola bilsin ki, bizim heç bir şansımız qalmayıb. Amma futbolçuların həvəsdən düşmələrinə imkan vermərəm.
 
- Tribunadan “Qəbələ” necə görünürdü?
- Yuxarıdan baxmaq çox yaxşı görünür. Amma baş məşqçi gərək öz yerində olsun.

apasport.az


Digər xəbərlər

Xəbər xətti