Rəşad Sadiqov: "...Azərbaycan çempionatında hakimlərə heç nə deməyin"

01:09 4 Noyabr 2016

"Bəxtimiz gətirmədi. İKi səhv etdik və iki qol gördük qapımızda. İlk qolu da vurmuşduq. İlk qələbəmizi qazana bilərdik amma təcrübə çatmadı, məğlub olduq."
Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin 4-cu turu çərçivəsində Bakıda "Sent Etyen"ə 1:2 hesabı ilə məğlub olan "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov oyundan sonra jurnalistlərə açıqlamasında deyib:

"Artıq qrupdan çıxmağa şansımız demək olar ki yoxdur. Amma xalsız qalmaq istəmirik. Düzdür, qrupdakı komandalar çox güclüdür. Amma xalsız qalmaq bizə çox ağır gəlir."
Sadiqov hakimlik barədə bunları deyib:
"Bu günə kimi hakimlik barədə danışmamışam. Amma bu gün hakimlik bərbad idi. Bizim əleyhimizə çox qərarlar verdi.  Elə onlardan birində qapımızda qol gördük. Oyundan sonra uşaqalara dedim ki, Azərbaycan çempionatında hakimlərə heç nə deməyin. Əgər ispan hakim belə edirsə, bizimki nə etsin."
"Qəbələ"nin kapitanı səhvindən sonra qapılarında qol gördüyü epiozdu isə belə şərh edib:
"Avroliqada 66-cı oyunuma çıxırdım. Amma ilk dəfə idi ki, mənim səhvimdən qol buraxırdıq. Özümdə pis oldum."


Xəbər xətti