Rəşad Sadıqov: "...suala tam cavab verəcəm" - MÜSAHİBƏ

10:29 4 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsində "Qarabağ" səfərdə PAOK-u 1:0 hesabı ilə məğlub edib.


Sportarena.az xəbər verir ki, matçdan sonra Ağdam klubunun kapitanı jurnalistlərin suallarını cavablandırıb.


- Qələbə münasibətilə təbrik edirik. Hansı hissləri keçirirsən?
- Komandanın tarixinin ən vacib qələbələrindən birini qazandıq. Heç-heçənin bizə sərf etdiyini bilirdik, əsas məğlub olmamağa köklənmişdik. Yaxşı müdafiə olunub, qapandıq və yekunda qalib gəldik.


- Baş məşqçinin tapşırığı öz yerində, sən də kapitan kimi komanda yoldaşlarına demişdinmi ki, rəqib futbolçuların təxribatlarına uyma? İlk dəqiqələrdə də Maksim Medvedev də az qala bu təxribata gedəcəkdi...
- Xoşagəlməz hal yaşandı. Hadisələrə mən də müdaxilə etməli oldum. Rəqibə göstərdik ki, biz burada heç kimdən çəkinmirik. Yeganə çəkindiyim məqam 3-cü dəqiqədə sarı vərəqə alan Maksimin meydandan qovulması ola bilədi. Amma o, təcrübəsindən istifadə edib, sona qədər meydanda qaldı.


- Oyunun əvvəlində qol buraxmamağın matçın gedişində çıxışınıza nə kimi təsiri oldu?
- PAOK-la ilk oyunumuzda da görmüşdük ki, ilk dəqiqələrdən təzyiq göstərirlər. Amma əsas odu ki, qol buraxmadıq. 


- Qələbə komandada bir arxaynlıq yaradarmı?
- Matç hələ indi başa çatıb. Bu haqda indidən nəsə demək çətindi.


- 2 il əvvəl İtaliya “İnter”i ilə o məlum matçdan sonra demişdin ki, “bu mənim son şansım idi”. İndi necə düşünürsən?
- Vəsiqəni tam rəsmiləşdirəndən sonra bu suala tam cavab verəcəm.


Digər xəbərlər

Xəbər xətti