Migel Madera: "Qarabağ" hələ heç nəyə nail olmayıb"

11:53 4 Noyabr 2016

Dünən Avropa Liqasının qrup mərhələsində "Qarabağ" Yunanıstanın PAOK klubunu 1:0 hesabı ilə məğlub edib.


Sportarena.az xəbər verir ki, matçdan sonra  Ağdam klubuna qələbə gətirən qolun müəllifi Migel Madera jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun olacağını bilirdik. Bu oyunda azarkeş dəstəyimiz də var idi. Çətin olsa da, sonda rəqibə qarşı layiqli mübarizə aparmaqla qalib gələ bildik.
- İkinci hissədə meydana çıxdınız və cəmi bir neçə dəqiqə sonra qələbə qoluna imza atdınız...
- Qələbə qolunu vuracağımı gözləmirdim. Baş məşqçininin mənə şans verməsini gözləyirdim ki, komandama kömək edim. Şadam ki, həlledici qola imza atmağa nail oldum.
- Artıq qrupdan çıxmaq şansınızın artdığını demək olar?
- Hələ heç nə dəqiqləşməyib. Biz sadəcə, kiçik bir üstünlük qazanmışıq.
- Hər halda komandanız tarixi bir uğura imza atmağa çox yaxındır...
- Biz hələ heç nəyə nail olmamışıq. Daha bir qələbə qazanmaq istəyirik. Yalnız ondan sonra pley-offa adladığımızı əminliklə söyləmək olar.
- Artıq növbəti oyunda bu hədəfinizə çata bilərsiniz?
- Çətin olacaq. Çünki yenə səfərdə oynayacağıq.


Digər xəbərlər

Xəbər xətti