"Qəbələ"nin futbolçusu: "Bu, bizim xeyirimizədi"

13:59 4 Noyabr 2016

Dünən Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qəbələ” doğma meydanda Fransanın “Sent Etyen” klubuna 1:2 hesabı ilə məğlub olub.


Matçdan sonra “qırmızı qaralar”ın braziliyalı müdafiəçisi Rikardinyo sportarena.az saytına müsahibə verib.
-    Oyun haqqında fikirlərin...
-    Çətin oyun idi. Qələbə qazanmağa çalışdıq, amma bunu bacarmadıq. Komandamız yaxşı oyunadı. Düşünürəm ki, biz papaqlarımızı göyə tullamalıyıq və necə lazımdısa, elə də davam etməliyik. Çünki hər bir halda bu, bizim xeyirimizədi.
-    Artıq qrupdan çıxmaq üçün heç bir şansınız yoxdur...
-    Bunu bilirik. Növbəti oyunlarda çalışacağıq qələbə qazanaq. Əlbəttə, bu, bizim üçün çətin olacaq. Biz növbəti mərhələyə yüksəlmək istəyirdik. 
-    Deyə bilərik ki, “Qəbələ” bundan sonra qrup mərhələsinin oyunlarına deyil, yalnız çempionat oyunlarına önəm verəcək?
-    Biz indi həm Avropa Liqasının qrup mərhələsində  çıxış edirik, həm də ölkə çempionatında. Hər oyunda qələbə qazanmağa çalışırıq, şansmız olsa da, olmasa da. Hazırda Premyer Liqada ilk pillədə qərarlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, mövqeyimizi qoruyub, çempion olaq. 


Digər xəbərlər

Xəbər xətti