Riçard Almeyda Pol Poqbanı geridə qoydu

00:10 5 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsinin IV turu geridə qalıb.

Həftənin oyunlarından sonra UEFA Avropa Liqasının statistik göstəricilərini açıqlayıb. “Qarabağ”ın futbolçusu Riçard Almeyda ən çox dəqiq ötürmə edən futbolçuların siyahısında qərarlaşıb. Braziliyalı futbolçu 273 ötürmənin 243-də dəqiq oynayıb (89%). O, siyahının 4-cü pilləsində qərarlaşıb.

İlk pillədə “Roma”nın futbolçusu Leanardo Paredesdir. 22 yaşlı argentinalı yarımmüdafiəçi 397 ötürmənin 370-də dəqiq oynayıb (93%). 2-ci pillədə isə “Zenit”dən Luiş Netodur. Portuqaliyalı müdafiəçi 314 ötürmənin 298-də səhvsiz olub (95%). 3-cü pillədə 282 ötürmənin 258-də (91%) dəqiq oynayan “Vilyarreal”dan Bruno Soriano olub. 5-ci yerdə “Zenit”in digər futbolçusu Aksel Vitseldir. Belçikalı yarımmüdafiəçi 271 ötürmə verib və 265-də dəqiq oynayıb (98%).

Siyahının 6-cısı “Alkmaar”dan Rans Van Eyden, 7-cisi isə “Makkabi”nin futbolçusu Haris Mendunyanindir. “Mançester Yunayted”in ulduz futbolçusu Pol Poqba isə 8-cidir. Fransalı futbolçu 242 ötürmənin 218-də səhvsiz oynayıb (90%).

Cədvəldə “Qarabağ”ın digər futbolçularından Ansi Aqolli, Qara Qarayev və Rəşad Sadıqov da var:

Ansi Aqolli – 207 ötürmə, 182-si dəqiq, 89 faiz
Rəşad Sadıqov – 199 ötürmə, 178-i dəqiq, 89 faiz
Qara Qarayev – 173 ötürmə, 159-u dəqiq, 93 faiz.
Sportal.az


Digər xəbərlər

Xəbər xətti