Xərçəng xəstəsi olan futbolçumuz məşqlərə başladı

15:53 5 Noyabr 2016

Həkimlər AZAL-ın sabiq futbolçusu, xərçəng xəstəliyindən əziyyət çəkən Rüfət Musayevə futbolla məşğul olmağa icazə veriblər.
 

Bu barədə futbolçunun özü məlumat verib. Bir neçə gün əvvəl Moskvaya gedən Rufətin müayinəsinin cavabları sevindirici olub. Onu müalicə edən həkimlər orqanizmdə xərçəng hüceyrələrinin aşkarlanmadığını bildiriblər. Rüfətin söhlərinə görə, Bakıya döndükdən sonra 9 aylıq fasilədən sonra ilk dəfə futbol oynayıb: “Hələlik dostlarla mini-futbol oynayıram. Məşqlərə başlamaq üçün bir qədər gözləmək lazımdır. Çünki 12 kilo artıq çəkim var".
 

Rüfət Musayevin harada məşq edəcəyi hələlik məlum deyil. Onun yenidən AZAL-a qayıtmaq ehtimalı da var. Fiziki forma yığdıqdan sonra Rüfətin hansı komandada çıxış edəcəyi fərq etməz. Əsas odur ki, yenidən yaşıl meydanlara qayıdır. 

“Het-trik news”


Xəbər xətti