İnfantino klublarda futbolçu sayına limit qoymaq istəyir

00:51 6 Noyabr 2016

FİFA prezidenti Canni İnfantino klublardakı futbolçu sayının azaldılması üçün mübarizə aparacağını bildirib. Onun fikrincə bunun nəticəsində çoxsaylı icarələrin qarşısı alınacaq.

«Buna icazə verilsə də fikrimcə düzgün deyil.Hansısa klubun gənc futbolçuları heyətinə qatması və sonra da digər komandalara icarəyə verməsi yaxşı hal deyil.Biz klubdakı futbolçu sayına limit qoyulması üzərində işləməliyik», — deyə İnfantino qeyd edib.

Hazırda Avropanın top klublarının heyətində çoxlu sayda gənc istedadlar var. Lakin onlar oyun praktikasının azlığına görə digər komandalara göndərilir. Çelsinin rəsmi saytında yazılanlara inansaq klubun 37 futbolçusu icarə əsasında digər komandaların tərkibindədir.Çelsidən başqa Mançester Siti , Milan və Atalantanın heyətində belə futbolçular çoxdur.


Xəbər xətti