Özil "Arsenal"la 160 minlik müqavilə imzalayır

22:14 6 Noyabr 2016

"Arsenal"ın futbolçusu Məsut Özil komandasıyla yeni müqavilənin imzalanmasına yaxındır. Sportarena.az xəbər verir ki, yeni sözləşmə 5 illik olacaq və yarımmüdafiəçinin məvacibi həftəyə 160 min funt sterlinq təşkil edəcək. Artıq danışıqlar son mərhələdədir.
 
 Xatırladaq ki, Özilin müqaviləsi "Arsenal"la 2018-ci ilə qədərdir. Bu mövsüm futbolçu İPL-də 9 oyunda 3 qol vurub.


Xəbər xətti