Messi 500-ə çatdı

10:27 7 Noyabr 2016

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi çıxış etdiyi klubun heyətində  500-cü qolunu vurub.


Sportarena.az xəbər verir ki, bu, İspaniya çempionatının 11-ci turu  çərçivəsində "Sevilya" ilə oyunda baş verib.


Kataloniya klubunun heyətində 592-ci matçını keçirən L.Messi 43-cü dəqiqədə yubiley qoluna imza atıb.


"Sevilya"nı səfərdə 2:1 hesabı ilə məğlub edən "Barselona" 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.


Xəbər xətti