İki komandanı birləşdirən yubiley

14:15 7 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XI turunun “Kəpəz” – “Sumqayıt” oyununda qeydə alınan 0:0 hesablı heç-heçə hər iki komanda üçün yubiley xarakteri daşıyıb.

 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qonaqlar ölkə çempionatlarında 50-ci dəfə meydanı 1 xalla tərk edib. Sumqayıtın eyniadlı təmsilçisi buna 179-cu matçında imza atıb. “Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarında 50 və daha çox heç-heçəsi olan 12-ci komanda olub.


“Kəpəz” isə ev oyunlarında 40-cı dəfə 1 xal qazanıb. Qərblilər bunu doğma meydandakı 257-ci qarşılaşmada rəsmiləşdirib. Gəncəlilər öz meydanında ən çox heç-heçə edən komandalar arasında 13-cüdür.


Digər xəbərlər

Xəbər xətti