İngiltərə millisinin heyəti açıqlandı

14:30 7 Noyabr 2016

İngiltərə millisinin DÇ-2018-in seçmə mərhələsində Şotlaniya ilə oyun və İspaniya ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.


Yığmaya aşağıda adları qeyd olunan futbolçular çağırılıb.


Freyzer Forster ("Sauthempton"), Co Hart ("Torino"), Tom Xiton ("Bernli"), Rayan Bertrand ("Sauthempton"), Qari Kehill ("Çelsi"), Nataniel Klayn ("Liverpul"), Fil Caqelka ("Everton"), Maykl Kin ("Bernli"), Denni Rouz ("Tottenhem"), Con Stouns ("Mançester Siti"), Kayl Uolker ("Tottenhem"), Erik Dayer ("Tottenhem"), Deniel Drinkuoter ("Lester"), Cordan Henderson ("Liverpul"), Cek Uilşir ("Bornmut"), Adam Lallana ("Liverpul"), Cessi Linqard ("Mançester Yunayted"), Ueyn Runi ("Mançester Yunayted"), Rahim Sterlinq ("Mançester Siti"), Endros Taunsend ("Kristal Palas"), Teo Uolkott ("Arsenal"), Harri Keyn ("Tottenhem"), Markus Raşford ("Mançester Yunayted"), Deniel Starric ("Liverpul"), Ceymi Vardi ("Lester").


Xəbər xətti