Tural Nərimanov: "Çalışdıq ki, heç olmasa qapımızdan qol buraxmayaq"

16:59 7 Noyabr 2016

“Oyundan öncə də bilirdik ki, çətin, ağır qarşılaşma olacaq. Matçın gedişi gözləntilərimizi ortaya qoydu". 


Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Tural Nərimanov "Kəpəz" - "Sumqayıt" (0:0) matçından sonra klubun rəsmi saytına açıqlaması zamanı deyib.


Futbolçu sözlərinə belə davam edib: "Əlbəttdə ki, evdə oynadığımızdan məqsədimiz qələbə qazanmaq idi. Həm xal ehtiyatını artırmaq, həm də azarkeşləri sevindirmək istədiyi ilə meydana çıxmışdıq. Amma alınmadı. İkinci hissədə komanda yoldaşımızın qırmızı vərəqə alması işimiz çətinləşdirdi. Bundan sonra çalışdıq ki, heç olmasa qapımızdan qol buraxmayaq. Bunun da öhdəsindən gəldik. Qarşıdakı oyunlara ciddi hazırlaşıb qələbə qazanmağa çalışacağıq”.  


Xəbər xətti