Ramin Musayev: "İnter"in qapısına təyin edilən penalti səhv idi"

00:08 8 Noyabr 2016

Premyer Liqanın hesabat turunda “Neftçi” – “İnter” matçında təyin olunan penalti düzgün olmayıb.

Sportarena.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev sportnet.az-a açıqlamasında baş hakim Rəvan Həmzəzadənin qərarının səhv olduğunu təsdiqləyib.

 Yəni “İnter”in gürcü nüdafiəçisi Zurab Xizanayşvilinin əllə oyunu cərimə meydanından kənarda olub. Musayevin fikrincə, bu epizodda yalnız əsas hakimi günahlandırmaq düzgün olmazdı: “Baş hakimi çaşdıran qapı arxasındakı hakim olub. Kənardakı hakimlərdən kimsə deyib ki, əllə oyun cərimə meydanının daxilindədi. Epizoda baxsaz, görsəz ki, baş hakim dərhal penalti nöqtəsini göstərmir. O, cərimə zərbəsi təyin etməyi düşünür. Kənardan müdaxilə olunması baş hakimi çaışdırır. Rəvanla telefonla danışdıq. Sabah görüşüb dəqiqləşdirəcəyik. Əlavə hakim köməkçilərindən Rəhim Həsənovla da danışmışam. O həmin qapısının arxasında olmayıb. Ancaq digər əlavə hakim köməkçisi ilə danışmamışam. Sabahkı görüşdə hər şey dəqiq bilinəcək”.
Həmzəzadənin qapı arxasındakı köməkçilərindən biri Rəhim Həsənov, digəri Rauf Cabbarov olub. PFL prezidentinin sözlərinə görə, hər iki referi – həm baş hakim, həm də əlavə hakim köməkçisi cəzalanacaq: “Sözsüz ki, baş hakim hər şeyə cavabdehdir. Ancaq nəzərə alaq ki, Rəvan Həmzəzadə gənc hakimdir. İlk olaraq düzgün qərar versə də, bundan yayınmamalı idi. Çünki yekun qərar baş hakimə məxsusdur və buna görə də məsuliyyəti öz üzərinə götürməli idi. İstənilən halda, səhv qərara görə hakimlərin ikisi də cəzalanmalıdı”.


Digər xəbərlər

Xəbər xətti