"İnter"də 3 ciddi itki

10:35 8 Noyabr 2016

Bakının "İnter” klubu Topaz Premyer Liqanın 12-ci turunda AZAL-la oyuna ciddi itkilərlə çıxacaq.


Komandanın 3 aparıcı futbolçusu cəzalı duruma düşüb.


Bunlar kapitan Nizami Hacıyev, müdafiəçi Zurab Xizanişvili və hücumçu Ağabala Ramazanovdur. 


Hər üç futbolçu son turda "Neftçi” ilə oyunda cari çempionatda 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.


Digər xəbərlər

Xəbər xətti