Onil Prosineçkini qabaqladı

11:19 8 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsində noyabrın 11-də, Belfast şəhərindəki Windsor Park stadionunda keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportarena.az xəbər verir ki, noyabrın 11-də Belfast şəhərindəki “Vindzor Park” stadionunda keçiriləcək matçdan bir gün öncə baş məşqçilər media nümayəndələri önünə çıxacaq.
 
Noyabrın 10-da Bakı vaxtı ilə saat 16:45-də Böyük Britaniya təmsilçisinin baş məşqçisi Maykl Onil mətbuat konfransı keçirəcək. Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki isə 23:15-də jurnalistlər önünə çıxacaq.
 
Həmin gün saat 15:00-da Şimali İrlandiya, 23:45-də isə Azərbaycan yığmasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.


Digər xəbərlər

Xəbər xətti