"Qarabağ"ın futbolçusu İsrail millisinə qarşı oynayacaq

11:38 8 Noyabr 2016

Ağdamın “Qarabağ” klubunun futbolçusu Albaniya yığmasına dəvət olunub.


Sportarena.az xəbər verir ki, 2018-ci il dünya çempionatını seçmə mərhələsi çərçivəsində İsrailə qarşılaşacaq Albaniya millisinin baş məşqçisi Covanni De Byazi 27 futbolçuya dəvət göndərib. Onlardan biri də "Qarabağ"ın müdafiəçisi Ansi Aqollidir.


Ağdam klubunun üzvü noyabrın 12-də doğma meydanda keçiriləcək oyunda İsrailə qarşı forma geyinə bilər.


Digər xəbərlər

Xəbər xətti