AFFA-dan klublara cəza yağmuru

13:34 8 Noyabr 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XI turunda keçirilmiş oyunlarda baş verən qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.


Topaz  Premyer Liqasının XI turunun “Kəpəz” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.


Topaz  Premyer Liqasının XI turunun “Neftçi” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunu.


Topaz  Premyer Liqasının XI turunun AZAL – “Qəbələ” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Oyunun 14-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunub.


İntizam Komitəsi matçın video yazısına baxdıqdan sonra aşağıdakı qərarı qəbul edir:


Oyunun 11-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu İlqar Ələkbərov rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti