"Real"ın ulduz futbolçusu zədələndi

21:05 8 Noyabr 2016

"Real"ın almaniyalı futbolçusu Toni Kroos ciddi zədə ilə üzləşib.


Sportarena.az xəbər verir ki, futbolçu İspaniya La Liqasında "Leqanes"ə qarşı keçirilən son matçda zədələnib. Futbolçu 90 dəqiqə meydanda mübarizə aparsa da, sonradan onun zədələndiyi məlum olub.


Klubun saytında futbolçunun hansı müddətə zədələndiyi bildirilməsə də, onun 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.


Qeyd edək ki, 26 yaşlı futbolçu cari mövsüm "Real" forması ilə çıxdığı 16 rəsmi oyunda 1 qol vurub və 6 qol ötürməsi verib.


Digər xəbərlər

Xəbər xətti