Futbolçu hakimi qətlə yetirdi - VİDEO

22:15 8 Noyabr 2016

Meksikanın Tullasinqo şəhərində keçirilən həvəskar futbol liqasının oyunu zamanı hakim qətlə yetirilib.

Futbolçu Ruben Rivera Vaskes "qırmızı vərəqə" göstərən hakim Viktor Trexonun başına zərbə endirib. Təcili yardımın əməkdaşları onun həyatını xilas edə bilməyiblər.

Bildirilir ki, Vaskes hadisədən dərhal sonra qaçıb. Hadisənin videogörüntülərini təqdim edirik.


Digər xəbərlər

Xəbər xətti