Rəşad Sadıqov: "Əks halda cəzalana bilərik"

22:45 8 Noyabr 2016

"Bizim üçün çox vacib oyundur. Çünki bizimlə ikinci yer uğrunda mübarizə aparan bir rəqibə qarşı oynayacağıq."

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan yığması və “Qarabağ” futbol klubunun kapitanı Rəşad Sadıqov 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı oyun öncəsi fikirlərini bölüşərkən deyib.

O, uğurlu nəticə qazanmaq üçün var gücləri ilə mübarizə aparacaqlarını deyib. “Şimali İrlandiyaya qarşı artıq 2014-cü il dünya çempionatının seçmə mərhələsində oynamışıq. Həmin vaxt onlarla səfərdə heç-heçə etmişdik, evdə isə qalib gəlmişdik. Rəqib hər iki oyunda güclü təsir bağışlamışdı, sadəcə, biz ələ düşən şanslardan yaxşı istifadə edə bilməmişdik. İndi də səfərdə bizi çətin matç gözləyir. İstənilən rəqiblə oyuna ciddi yanaşmaq lazımdır. Əks halda cəzalana bilərik."

 


Xəbər xətti