"Barselona" ən yaxşıların mükafatlandırılması mərasimini boykot etdi

23:33 8 Noyabr 2016

"Barselona" İspaniyanın "Marca" qəzetinin 2015/2016 mövsümün ən yaxşılarının mükafatlandırılması mərasimini boykot edib.

Klub nümayəndələri və La Liqanın ən yaxşı bombardiri seçilən Luis Suares tədbirə getməyib.

"Barselona"nın idarə heyətinin üzvü Josep Vives bildirib ki, "fair-play" mükafatı İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebasa verildiyindən bu addımı atıblar:

“Fair-play" mükafatının Tebasa veriləcəyini öyrənən kimi bu tədbirə qatılmamaq qərarına gəldik. Bizim klubla bağlı dediklərindən sonra Tebasa "fair-play" mükafatının veriləcəyi tədbirə qatılmağımız mümkün deyildi".

Qeyd edək ki, X.Tebas La Liqanın 9-cu turunda "Barselona"nın səfərdə "Valensiya"nı 3:2 hesabı ilə məğlub etdiyi oyunda futbolçuların qol sevincinə görə tənqid edib. O, Neymar, Messi, Suares kimi oyunçuların hərəkətini uşaqlara pis örnək olduğunu bildirib. "Barselona" bu tənqidlərdən sonra Tebasın cəzalandırılması üçün İdman Məhkəməsinə müraciət edib.


Digər xəbərlər

Xəbər xətti