Özildən Ronaldoya tərif yağışı: "Ronaldo məni daha yaxşı futbolçu etdi"

23:50 8 Noyabr 2016

“Arsenal”ın türk əsilli oyunçusu Məsut Özil “Real”ın futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Klubun saytına açıqlama verən almaniyalı yarımüdafiəçi sabiq komanda 
yoldaşı haqda xoş sözlər deyib:

“Onunla oynamaqdan zövq alırdım. O, həqiqtən yaxşı bir futbolçu və dostdur. Olduqca peşəkardır, mübarizdir. Hətta məşqlərdə də mübariz ruhda olur. 

Ronaldonun mənə də təsiri oldu. O, məni daha yaxşı futbolçu etdi".  

Qeyd edək ki, Özil 2010-13-cü illərdə Ronaldo ilə “Real”da komanda yoldaşı olub.


Digər xəbərlər

Xəbər xətti