Araz Abdullayevin "Neftçi"dəki taleyinə rəsmən aydınlıq gəldi!

15:31 9 Noyabr 2016

Heç də yaxşı günlərini yaşamayan, keçirdiyi 11 oyunda yalnız 3 qələbəsi olan "Neftçi”nin qış fasiləsində heyətinə əl gəzdirəcəyi aydın məsələdi. 


Sportarena.az xəbər verir ki, "ağ-qaralar”da Araz Abdullayevin də taleyinə aydınlıq gəlib. O, mövsümün sonuna qədər komandada qalacaq. 

 
Bu barədə bakılıların icraçı-direktoru Orxan Hüseynzadə məlumat verib. O, məsələyə belə münasibət bildirib: "Biz Araza görə heç bir klubdan təklif almamışıq. Təklif olsa belə, Arazı may ayına qədər komandada saxlamaq niyyətindəyik. Abdullayev komandaya lazımlı futbolçudu”.
 

Qeyd edək ki, Araz Abdullayev "Neftçi”nin yetirməsidi. (futbol11.az)


Digər xəbərlər

Xəbər xətti