"Qəbələ"yə 4 qol vuran futbolçuya "Arsenal"dan 90 milyonluq təklif

16:58 9 Noyabr 2016

"Arsenal" Pyer-Emerik Aubameyanq üçün Dortmund "Borussiya"sına astronomik təklif göndərib.


Bu barədə italiyalı menecer Vinçenzo Morabito məlumat verib.

Morabito "Napoli"nin Qonzalo Hiquaynı "Yuventus"a satmasından sonra Aubameyanqın İtaliya klubuna keçidi üçün vasitəçilik etdiyini bildirib: "Bir müddət əvvəl "Borussiya"nın idman direktoru Maykl Zorka zəng etdim. Aubameyanqın "Napoli"yə transferi ilə bağlı danışdım. Amma birbaşa yox cavabı aldım. Bu yay "Arsenal"ın onun üçün 90 milyon avro təklif etdiyini, amma "Borussiya"nın bu futbolçunu satdığını bilirəm".


Qeyd edək ki, Aubameyanq ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə qarşı 2 oyun keçirib və 4 qol vurub.


"Transfermarkt"ın 45 milyon avro qiymət qoyduğu Aubameyanq ötən mövsüm keçirdiyi 49 rəsmi oyunda 39 qol vurub. 27 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 14 rəsmi matçda 14 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti