"Kəpəz"in istirahəti bitdi

17:58 9 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XI turunun oyunundan sonra 3 gün istirahətə buraxılan “Kəpəz”in əsas komandasının üzvləri bu gün məşqləri bərpa edib.
 

Sportarena.az xəbər verir ki, "sarı-göylər” bu gün də daxil olmaqla noybarın 12-nə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edəcək. Gəncə klubunun məşqləri hər gün saat 11:00-da başlayacaq.  

 
Qeyd edək ki, çempionatın XII turunda komanda səfərdə “Qarabağ”la qarşılaşacaq. Bu oyun noyabrın 19-da keçiriləcək.


Xəbər xətti