Benzema məşqlərə başladı

18:13 9 Noyabr 2016

"Real”ın hücumçusu Kərim Benzema zədəsini bərpa edib.


Fransız hücumçu artıq hazırlıqlara start verib. 

 
"Real”ın forvardı bu gün toplu çalışma zamanı çəkilmiş videosunu sosial şəbəkədə paylaşıb. Hələlik Benzemanın La Liqanın qarşıdakı turunda "Atletiko” ilə görüşdə meydana çıxıb-çıxmayacağı məlum deyil. 

 
Qeyd edək ki, Benzama cari mövsüm "Real”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 13 oyunda forma geyib və 5 qol vurub.


Xəbər xətti