Messi Braziliya ilə oyuna Neymarın təyyarəsində yollandı

21:08 9 Noyabr 2016

“Barselona”nın hücumçusu Neymar DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Braziliya - Argentina oyununda iştirak etmək üçün Belu-Orizonti şəhərinə yollanıb. 


Neymar vətəninə şəxsi təyyarəsində üz tutub. Kataloniya - San Paulu reysində Neymarla birgə klubdakı yoldaşları, Argentina millisinin üzvləri Lionel Messi və Xavyer Maskerano da yer alıb. 


Xatırladaq ki, Braziliya - Argentina matçı noyabrın 11-də keçiriləcək. 


Xəbər xətti