La Liqa klubunda yeni baş məşqçi

21:47 9 Noyabr 2016

İspaniya La Liqasında mübarizə aparan “Osasuna”nın yeni baş məşqçisi bəlli olub.


Sportarena.az xəbər verir ki, dünən komandanın baş məşqçisi Enrike Martin Monrealı uğursuz nəticələrə görə istefaya göndərən klub rəhbərliyi onun yerinə Xuakin Kaparrosu təyin edib. İspaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.


Qeyd edək ki, 61 yaşlı Kaparros “Vilyareal”, “Sevilya” və “Atletik” kimi klublarda da çalışıb.


Digər xəbərlər

Xəbər xətti