Qətərdə keçiriləcək Dünya çempionatında maraqlı qadağa

23:52 9 Noyabr 2016

Qətərdiki Dünya Kuboku əvvəlkilərdən fərqlənəcək. İlk fərq onda olacaq ki, turnir qışda baş tutacaq. İkinci fərq isə odur ki, biz içkili ingilis, irland və ya polyak azarkeşləri stadion ətrafında görməyəcəyik. Səbəb, ölkədə oyun zamanı küçələrdə spirtli  içkilərlə azarkeşlər olmayacaq. Belə ki, 2022-ci ildəki çempionatın təşkilatçıları alkoqolu qadağan etmək istəyirlər.

Qatarda keçiriləcək Dünya çempionatının təşkilat komitəsinin baş katibi Həsən Əl-Tavadi “Al-Sharq” jurnalına müsahibədə bunları söyləyib: “Küçələrdə, parklarda və ictimai yerlərdə alkoqol içkilərinin qəbulu qadağan olunacaq. Bu qərar dəyişilməzdir.” Həmçinin, o, əlavə edib: “Biz stadionlarda və onların ətrafında spirtli içkilərlin təchizatına qarşıyıq”. 

Bununla belə, azarkeşlər xüsusi ayırılmış yerlərdə spirtli içkilər qəbul edə bilərlər.(offside.com.az)


Digər xəbərlər

Xəbər xətti