"Fənərbaxça"nın futbolçusu millinin heyətində zədələndi

11:51 10 Noyabr 2016

"Fənərbaxça"nın hollandiyalı futbolçusu Cermeyn Lens dünən Belçika millisinə qarşı keçirilən matçda zədələnib.


Sportarena.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan yoldaşlıq görüşünün 66-cı dəqiqəsində zədələnən futbolçu oyuna davam edə bilməyib.  Onun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.


Türkiyə mətbuatı Lensin "Qalatasaray" derbisinə kimi böyük ehtimalla  hazır olmayacağını yazıb.


Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" oyunu noyabrın 20-i keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti