Messi "Barselona"dan 50 milyon avro istəyir

12:57 10 Noyabr 2016

"Barselona" futbol klubunun argentinalı hücumçusu Lionel Messi komanda ilə yeni müqavilədən sonra ildə 50 milyon avro qazanmaq istəyir.


Bu barədə Trend İspaniyanın "Marca" qəzetinə istinadən məlumat verib.


L.Messinin hazırkı müqaviləsinin müddəti 2018-ci ildə başa çatır. Kataloniya klubunun rəhbərliyi futbolçuya rekord müqavilə təklif etməyə hazırdır.


Danışıqlar uğurlu olarsa, L.Messi "Barselona"nın ən çox maaş alan oyunçusu olacaq.


Qeyd edək ki, braziliyalı hücumçu Neymarla müqavilənin müddətini 2021-ci ilədək uzadan "Barselona" rəhbərliyi uruqvaylı Luis Suareslə də danışıqlar aparır.


Digər xəbərlər

Xəbər xətti