"Qarabağ" hazırlıqlara başladı

14:16 10 Noyabr 2016

Azərbaycan  Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə"yə qarşı oyundan sonra üç günlük istirahətə buraxılan "Qarabağ" klubu bu gün məşqləri bərpa edir.


Sportarena.az xəbər verir ki, komanda hazırlığa tam heyətlə başlamayacaq. Belə ki, komandanın 12 futbolçusu milli komandaların düşərgəsinə qoşulduğu üçün məşqlərdə iştirak edə bilməyəcəklər. 


Yalnız millinin üzvü olmayan yerli və legioner futbolçulardan bəziləri məşqlərdə iştirak edəcəklər.


Qeyd edək ki, "Qarabağ"ın futbolçuları Rahid Əmirquliyev, Maksim Medvedev, Qara Qarayev,  Rəşad Sadıqov, Namiq Ələsgərov, Bədavi Hüseynov,  Əfran İsmayılov və Arif Daşdəmirov əsas, Mahir Mədətov və İlyas Səfərzadə isə 21 yaşadək futbolçulardan ibarət millimizin düşərgəsinə yollanıb. Bundan əlavə, müdafiəçi Ansi Aqolli Albaniya, qolkiper İbrahim Şehiç isə Bosniya və Hersoqovina millisinin düşərgəsindədi.


Digər xəbərlər

Xəbər xətti